YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

117 yaşlı Səyalı nənə: Azərbaycanın firavan gələcəyinə səs verdim

Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən Kəmərli kəndinin sakinləri də prezident seçkilərində öz konstitusion hüquqlarından istifadə edərək, layiq bildikləri namizədə səs verirlər.

109 saylı Qazax seçki dairəsinin 39 saylı seçki məntəqəsinin seçicisi 117 yaşlı Səyalı Nəbiyeva Kəmərli kəndində, yaşadığı ünvanda səs verib. Səhhəti ilə əlaqədar məntəqəyə gedə bilmədiyi üçün onun evinə daşınan seçki qutusu gətirilib. O, Azərbaycanın firavan gələcəyinə səs verdiyini bildirib, dünyada sülh və əmin-amanlıq olmasını arzulayıb.

Məntəqə sədri Minarə Rəhimova bildirib ki, sərhəd kənd olmasına baxmayaraq, seçicilərin fəallığı müşahidə edilir. “Məntəqəmizdə ilk dəfə səs verəcək 17 gənc var. Uzun ömürlülərin sayı da çoxdur. Ən uzun ömürlü sakin 117 yaşı olan Səyalı nənədir. O da öz hüququndan istifadə edərək səs verdi”, - deyə Minarə Rəhimova əlavə edib.

Qeyd edək ki, 109 saylı Qazax seçki dairəsinin 39 saylı seçki məntəqəsində 1036 seçici var.