YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkmənistan MSK-nın sədri: Seçicilərin rahat və təhlükəsiz şəraitdə səs vermələri üçün bütün lazımi şərait yaradılıb

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fevralın 7-də Türkmənistan və Tacikistan Mərkəzi Seçki komissiyalarının rəhbərlərinin başçılıq etdikləri nümayəndə heyətləri ilə görüşüb.

Görüşdə Məzahir Pənahov ölkəmizdə keçirilən növbədənkənar seçkilər barədə məlumat verib. Bildirib ki, seçkilərdə səsvermə üçün 6537 seçki məntəqəsi yaradılıb. Vətəndaşların siyasi iradələrini sərbəst şəkildə ifadə etmək, həmçinin səsvermənin qanunvericiliyə uyğun və şəffaf şəkildə keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb, 1000 məntəqədə veb-kameralar quraşdırılıb.

Budəfəki seçkilərin tarixi əhəmiyyət daşıdığını, ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində keçirildiyini vurğulayan MSK-nın sədri işğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsinin yaradıldığını qonaqların diqqətinı çatdırıb.

Türkmənistan Mərkəzi Seçki Komissiyasının sədri Qulmurat Muratov Azərbaycanda seçkilərin şəffaf şəkildə keçirildiyini, seçicilərin rahat və təhlükəsiz şəraitdə səs vermələri üçün bütün lazımi şəraitin yaradıldığını qeyd edib.

O, seçkilərdə bütün yaş kateqoriyalarından olan vətəndaşların iştirakını müşahidə etdiklərini söyləyib.

Tacikistan Mərkəzi Seçki Komissiyasının sədri Baxtiyor Xudoyorzoda da öz növbəsində seçkilərin şəffaf şəkildə keçirildiyini, seçki prosesində müasir texniki avadanlıqlardan istifadə edildiyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.