YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Həmvətənlərimiz seçkidə fəal iştirak edirlər

Azərbaycanda prezident seçkiləri ilə əlaqədar 37 ölkədə təşkil edilmiş ümumilikdə 49 məntəqədə səsvermə keçirilir. Məntəqələr səfirliklərdə və konsulluqlarda yaradılıb.

Ölkəmizin Ukraynadakı səfirliyində səsvermə şəffaf keçirilir. 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə Azərbaycanın Ukraynadakı səfirliyində yaradılmış 49 saylı seçki məntəqəsində səsvermə yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 10:00) başlayıb.

Müharibə şəraiti nəzərə alınaraq vətəndaşlarımızın təhlükəsizliyi üçün də müvafiq tədbirlər görülüb. Ukraynada 600-ə yaxın Azərbaycan vətəndaşının səsvermədə iştirak edəcəyi gözlənilir. Səsvermə prosesini canlı izləmək üçün məntəqədə veb-kamera quraşdırılıb. Həmin seçki məntəqəsində səsvermə yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 21:00) başa çatacaq.

Fevralın 7-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Belarusdakı səfirliyində də səsvermə keçirilir. 19 saylı Nərimanov birinci seçki dairəsi üzrə Azərbaycanın Belarus Respublikasındakı səfirliyində yaradılmış 38 saylı seçki məntəqəsində səsvermə yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 09:00) başlayıb. Bu seçki məntəqəsində 300-ə yaxın Azərbaycan vətəndaşının səs verəcəyi gözlənilir.

Fevralın 7-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Moldovadakı səfirliyində də səsvermə keçirilir. 19 saylı Nərimanov birinci seçki dairəsi üzrə Azərbaycanın Moldova Respublikasındakı səfirliyində yaradılmış 39 saylı seçki məntəqəsində səsvermə yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 10:00) başlayıb. Seçki komissiyasından bildiriblər ki, Zəfər seçkilərində vətəndaşlarımız fəal iştirak edirlər, onlar arasında ilk dəfə səs verən gənclərimiz də var. Bu ölkədə seçkilərdə 100-dən artıq Azərbaycan vətəndaşının iştirakı gözlənilir. Moldova səfirliyindəki seçki məntəqəsində səsvermə yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 21:00) başa çatacaq.

Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın İtaliyadakı səfirliyində yaradılan seçki məntəqəsində də səsvermə prosesi davam edir.

Yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə 11:00) başlayan səsvermədə İtaliya, Malta və San-Marinoda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətdə olan, yaşı 18-ə çatmış və fəal seçki hüququna malik vətəndaşlarımız Azərbaycan Respublikasının etibarlı pasportu və ya şəxsiyyət vəsiqəsini təqdim etməklə iştirak edirlər.