YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məzahir Pənahov: Seçkilərlə bağlı ilkin nəticələrin 21:00-da elan olunması gözlənilir

Dairə seçki komissiyalarının hamısı kompüterləşdirilib və digər lazımi avadanlıqla təmin olunub. Kompüterlər Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminə qoşulub. Bu da bütün məlumatların MSK-nın “Seçkilər” İnformasiya Mərkəzinə operativ ötürülməsini təmin edəcək.

Bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov “Seçkilər” İnformasiya Mərkəzində keçirilən mətbuat konfransında söyləyib.

O bildirib ki, seçkilərlə bağlı məlumatlar MSK-nın internet səhifəsində yerləşdiriləcək, ilkin nəticələrin isə 21:00-da elan olunması gözlənilir.