YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

20 ilin tarixi uğurlarına əsaslanaraq səs verək!

Lerikli seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Lerik rayonunun Nuravud və Şinəband kəndlərində seçicilərlə görüşlər keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Lerik rayon təşkilatının sədr müavini Elman Rəcəbov, təşviqat qrupunun üzvləri Elxan Qənbərov və Gültəkin Şıxəliyeva çıxış ediblər.

Natiqlər seçiciləri Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər son 20 ilin tarixi uğurlarına əsaslanaraq cənab İlham Əliyevə səs verəcəklərini diqqətə çatdırıblar.

Qeyd edək ki, həmin gün təşviqat qrupunun üzvləri seçicilərlə fərdi görüşlər də keçiriblər.