YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səsimiz taleyimizdir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Kəngərli rayonunun Qıvraq qəsəbəsi, Şahtaxtı və Yurdçu kəndlərində seçicilərlə görüşlər keçirilib.

Görüşlərdə YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva, təşviqat qrupunun üzvləri Vəli Əsədov, Mirabdulla Seyidov və Əfsanə Hüseynova çıxış ediblər.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə, uğurlarımızın davamına - partiyanın namizədi cənab İlham Əliyevə  səs verməyə çağırıblar.