YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni dövrün hədəflərinə doğru

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də YAP Göyçay rayon təşkilatının qərargahında seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, təşviqat qrupunun üzvləri Xəlil Orucov, Pərviz Yəhyalı, şəhid anası Tahirə Əliyeva çıxış ediblər.

Çıxışlarda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə Azərbaycanın əldə etdiyi uğurlardan, qazanılan tarixi Zəfərimizdən bəhs edilib. Bildirilib ki, cənab İlham Əliyevin sayəsində bu gün Azərbaycan heç zaman olmadığı qədər güclü və qüdrətlidir.

Görüş zamanı çıxış edən seçicilər xoşbəxt gələcəyimizin təminatçısı cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.