YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uğurlu gələcəyimizin qarantı

Füzuli rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Bakı şəhərində məskunlaşmış bir qrup Füzuli sakini ilə görüş keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Görüşdə YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, təşviqat qrupunun üzvləri Roza Mirzə, Anar Əliyev, Malik Quliyev çıxış ediblər.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər də öz növbəsində Azərbaycana tarixi qələbələr bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevi dəstəkləyəcəklərini bildiriblər.

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Qeyd edək ki, həmin gün YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva şəhid  İsmayılov Nizaməddin İsmayıl oğlunun, şəhid Hilalov Araz Elburus oğlunun, şəhid Sadıqov Yaşar Füzuli oğlunun, şəhid Fərəcov İlkin Sahib oğlunun ailələrini ziyarət edib, həmçinin seçicilərlə məhəlli görüşlər də keçirib.