YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni zirvələr fəth etmək üçün...

Culfada seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Culfada seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Culfa rayon təşkilatının sədri Qadir İbrahimov, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, təşviqat qrupunun üzvləri Naxçıvan MR Ali Məclisinin deputatı Fərəc Fərəcov, Ədalət Əhmədov, Mübariz Allahverdiyev, Xanım Tağıyeva çıxış ediblər.

Natiqlər seçiciləri uğurlarımızın davamı, yeni zirvələr fəth etmək üçün YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər son 20 ilin tarixi uğurlarına əsaslanaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini diqqətə çatdırıblar.