YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın firavanlığı naminə

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Biləsuvar rayonunda seçicilərlə görüşlər keçirilib.

Rayonun Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, şəhid atası İlqar Astanov və təşviqat qrupunun üzvü Nailə Mehdiyeva çıxış ediblər.

Natiqlər seçiciləri müstəqil Azərbaycanın firavanlığı naminə qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək bizi Qələbəyə qovuşduran Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini bildiriblər.