YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkənin davamlı inkişafına səs verək

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin  seçkiqabağı təşviqat kampaniyası çərçivəsində  fevralın 5-də  Şərur rayonunun Düdəngə  kənd seçiciləri ilə görüş keçirilib.

Görüşdə Naxçıvan MR Ali Məclisinin deputatları Yeganə Məmmədova, Musa Vəliyev və digərləri çıxış ediblər.                                                                                                                             

Qeyd olunub ki, 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni iqtisadi siyasət strategiyası həyata keçirilməyə başladı. Azərbaycanda  bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olunması, xarici investisiyaların daha çox qeyri-neft sektoruna, yəni regionların inkişafına yönəldilməsi, insan amilinin önə çıxarılması həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının ana xəttini təşkil edib.

Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, həmin gün Mahmudkənd kəndinin seçiciləri ilə də görüş keçirilib.