YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan xalqı qalib Liderinə sadiqdir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Ucar rayon Mədəniyyət evində Lək kəndinin seçiciləri, YAP Ucar rayon təşkilatının qərargahında ziyalılar və ağsaqqallarla görüşlər keçirilib.

Görüşlərdə YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, təşviqat qrupunun üzvləri Mirzalı Ağamalıyev, Rahib Rəsulov, Sevda Abdullayeva, Rəna Cəfərova və şəhid atası Əli Vəliyev çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Zəfər seçkiləri kimi qiymətləndirilən 7 fevral prezident seçkiləri ilk dəfə olaraq, suverenliyini və ərazi bütövlüyünü tam təmin etmiş respublikamızın bütün ərazisində keçiriləcək.

Prezidentlik fəaliyyəti dövründə İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin bütün sahələrdə qazandığı uğurlardan danışılıb, Azərbaycanın bütün istiqamətlərində irəliləyişin əldə edildiyi vurğulanıb.

Natiqlər seçiciləri qarşıdan gələn prezident seçkilərində fəal olmağa və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Qeyd edək ki, həmin gün təşviqat qrupunun üzvləri Lək kəndində şəhid anası Lalə Cəfərovanı ziyarət edib, eləcə də rayon mərkəzində seçicilərlə məhəlli görüşlər keçiriblər.