YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Liderin 20 illik prezidentlik dövrünün zirvəsi

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Abşeron rayonunda seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Prezident İlham Əliyevin 20 illik fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Görüşdə YAP Abşeron  rayon təşkilatının sədri Abbas Əliyev və təşviqat qrupunun üzvləri çıxış ediblər. Natiqlər tariximizə qızıl hərflərlə yazılan şanlı Zəfəri bizə yaşadan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin alternativsiz namizəd olduğunu deyib, seçiciləri prezident seçkilərində qalib Liderə səs verməyə çağırıblar.

 Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.    

Qeyd edək ki,  təşviqat qrupunun üzvləri  “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq, rayonun qəsəbə və kəndlərində də  seçicilərlə görüşlər keçiriblər.