YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gənclər Azərbaycanın uğurlu gələcəyinə səs verəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Şirvan şəhərində gənclər, o cümlədən idmançılarla görüş keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, partiyanın İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Musa Quliyev, təşviqat qrupunun üzvləri Elçin Mikayılov, Əfqan Həsənov, Adəm Hüseynov, Nuranə İsmiyeva, Namidə Nəmini, Vasif Əlizadə, Habil Alıyev və Bayram Quliyev çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyev Azərbaycan gəncliyinin inkişafında müstəsna xidmətlərə malikdir. Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə döyüşən qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazıblar: “Məhz onların rəşadəti sayəsində əldə olunan şanlı Zəfərlə ölkəmizin ərazi bütövlüyü bərpa edilib və xalqımızın 30 illik torpaq həsrətinə son qoyulub. Gənclərimiz döyüş meydanında olduğu kimi, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər”.

Natiqlər əminliklə qeyd ediblər ki, qalib Azərbaycan xalqının seçimi Vətənə, xalqa ləyaqətlə xidmət göstərən, verdiyi vədlərə əməl edərək ölkəmizə möhtəşəm nailiyyətlər qazandıran qalib Lider İlham Əliyev olacaq.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.