YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Seçim xalqa parlaq Qələbə bəxş edən qalib Lider İlham Əliyevdir”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Qax rayonunun Qorağan, Şotavar, Ağyazı, Üzümlü kəndlərində seçicilərlə görüşlər keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Görüşlərdə YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, təbliğat qrupunun üzvləri Ramil Məmmədli, Təbriz Cavadzadə və Elmir Həşimli çıxış ediblər.

Çıxışlarda qeyd edilib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti respublikamızı daim parlaq Qələbələrə doğru aparır. Bildirilib ki, yeni uğurlara məhz qalib Liderimizin siyasəti nəticəsində nail olmaq mümkündür: “Seçim xalqımıza parlaq Qələbə bəxş edən qalib Lider İlham Əliyevdir”.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.