YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan xalqı öz Liderinə səs verəcək!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 4-də Saatlı rayonunun Varxan, Qaralar, Qaracalar, Gomuşçu, Seyidlər kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Görüşdə YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev, təşviqat qrupunun üzvləri Lətif Şimşəkov, Sədafər Hüseynov və Rüfət Hüseynov çıxış ediblər. Çıxışlarda bildirilib ki, qalib xalqın qalib Lideri kimi İlham Əliyev hər zaman Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılması, tarixi torpaqlarımızın işğaldan azad edilməsi üçün misilsiz əzmkarlıqla çalışıb. Məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz qəhrəmanlıq dastanı yazaraq ərazi bütövlüyümüzü tam bərpa edib. İndi işğaldan azad edilmiş ərazilərimiz yenidən qurulur, soydaşlarımız öz yurdlarına geri qayıdır.

Natiqlər çıxışlarında bütün seçiciləri seçkilərdə fəal olmağa və qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər də bildiriblər ki, fevralın 7-də keçiriləcək seçkilərdə fəal iştirak edəcək, Müzəffər Ali Baş Komandan, dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətləri olan Lider İlham Əliyevə səs verəcəklər.