YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqımız milli birlik və həmrəylik şəraitində səs verəcək

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 4-də Culfa şəhərində, Əbrəqunus və Ərəzin kəndlərində seçicilərlə məhəlli görüşlər keçirilib.

Görüşlərdə YAP Culfa rayon təşkilatının sədri Qadir İbrahimov, təşviqat qrupunun üzvləri Nazil Qulusoy, Gülər Əhmədova, Şükufə Bağırova, Rəqsanə Qurbanova və Nailə Həsənova çıxış ediblər. Qeyd olunub ki, Prezident İlham Əliyev hakimiyyətinin ilk günlərindən başlayaraq Azərbaycan xalqını milli birlik və həmrəylik şəraitində yeni inkişaf mərhələsinə çıxardı.

Natiqlər seçiciləri prezident seçkilərində cənab İlham Əliyevi dəstəkləməyə çağırıblar.