YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sözü imzası qədər dəyərli Liderin yanındayıq!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Saatlı rayonunun Nərimanov, Musalı, Dəlilər və Novruzlu kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Görüşdə YAP Saatlı rayon təşkilatının sədr müavini Elşən Əzizov, təşviqat qrupunun üzvləri Bəylər Əliyev, Əlimusa Əliyev, Xəyal Əhmədov və Vətən müharibəsi qazisi Elvin Abbasov çıxış ediblər.

Çıxışlarda son 20 ildə bütün sahələrdə böyük uğurların, misilsiz və qürurverici qələbələrin əldə edildiyi vurğulanıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpası müstəqillik dönəminin ən böyük nailiyyətidir.

“Sözü imzası qədər dəyərli Liderimizin yanındayıq” deyən seçicilər cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.