YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəxr edirik, güvənirik və etimad göstəririk!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Kürdəmir Olimpiya İdman Kompleksində, həmçinin Carlı kəndində Carlı və Quşlar kəndlərinin seçiciləri ilə  görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov, təşviqat qrupunun üzvləri –şəhid Cəmil Həşimlinin anası Simuzər Bağıyeva, Cəbrayıl Cəbrayılov, Əsbət Musayeva, Ramiz Cəfərov və  Əlisahab Əliabbasov çıxış ediblər. Çıxışlarda Azərbaycanın Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti sayəsində dünyanın nüfuzlu dövlətlərindən birinə çevrildiyi, ölkəmizin uğurlarının, nailiyyətlərinin, qələbələrinin gündən-günə artmaqda olduğu qeyd edilib.  Ən əsas nailiyyət isə torpaqlarımızın erməni işğalından azad olunması və xalqımızın  Zəfər sevincini yaşamasıdır.

Natiqlər fevralın 7-də keçiriləcək prezident seçkilərində fəal iştirak etmək və Qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs vermək üçün çağırış ediblər.

Seçicilər də Prezident İlham Əliyevin uğurlu fəaliyyətindən söz açaraq prezident seçkilərində qalib Liderə yekdilliklə səs verəcəklərini bildiriblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.