YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi Zəfər uzaqgörən siyasətin real nəticəsidir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Hacıqabul rayonunda seçicilərlə görüşlər keçirilib.

Görüşlərdə YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, təbliğat qrupunun üzvləri İbadulla Ağayev, Ramiz Həsənov çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən parlaq səhifəsi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin, tarixi ədalətin bərpasıdır. Bu, Ümummilli Lider Heydər Əliyev ideyalarının təntənəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətinin real nəticəsidir.

Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və ölkəmizin parlaq gələcəyinin təminatçısı olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər ölkəmizin daha sürətli inkişafı naminə qalib xalqın qalib Lideri İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, təşviqat qrupunun üzvləri “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq gün ərzində seçiçilərlə görüşləri davam etdiriblər.