YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samux rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Samux rayonunun Yuxarı Ağasbəyli və Aşağı Ağasbəyli kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, təşviqat qrupunun üzvləri Sevinc Xəlilova, Gəray Bayramov, Fidayıl Əliyev, Məhəbbət Həsənova, Maviyyə Hüseynova, Rəhim Məmmədov, Ələsgər Əliyev və Nuranə Həsənova çıxış ediblər. Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Qeyd edək ki, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov və sədr müavini Sevinc Xəlilova seçicilərlə fərdi görüşlər də keçiriblər.