YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyəzən seçiciləri tarix yazan Lideri dəstəkləyir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Siyəzən rayon Mədəniyyət Mərkəzində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev, təşviqat qrupunun üzvləri Nəcməddin Mürvətov və Cəfər Bağırov çıxış ediblər. Vurğulanıb ki, qarşıdan gələn seçkilərdə Azərbaycan xalqı öz Liderinə olan yüksək etimadını bir daha nümayiş etdirəcəkdir.

Seçicilər prezident seçkilərində yekdilliklə qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Görüşdə “Qalib Xalqın, Qalib Lideri!” adlı videoçarx nümayiş etdirilib.