YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Parlaq gələcəyimizin təminatçısına səs verək!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Qəbələ rayonunun Mıxlıqovaq və Yemişanlı kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov, təşviqat qrupunun üzvləri Qalib Nəbiyev və Tahir Hacıyev çıxış ediblər. Bildirilib ki, ilk dəfə olaraq ölkəmizin bütün ərazisində keçiriləcək seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir.

Çıxış edənlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və ölkəmizin parlaq gələcəyinin təminatçısı olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində rayonun Kötüklü kəndində də seçicilərlə görüş keçirilib.