YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanı daha böyük uğurlar gözləyir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Daşkəsən rayonunda seçicilərlə görüş keçirilib.

Görüşdə təşviqat qrupunun üzvləri Cavanşir Qocayev, Sərdar Xıdırov və başqaları çıxış ediblər. Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanı gələcəkdə daha böyük uğurlar və qələbələr gözləyir. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası, Böyük Qayıdış konsepsiyasının uğurla həyata keçirilməsi, keçmiş məcburi köçkünlərin doğma yurda qayıtması hər bir azərbaycanlının sevincinə səbəb olub. Bütün bu uğurlar qarşıdakı dövr üçün yeni prioritetlər müəyyənləşdirib.

Çıxış edən seçicilər son 20 ildə ölkəmizdə həyata keçirilən islahatları dəstəklədiklərini, seçkilərdə fəal iştirak edərək YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklərini qeyd ediblər.