YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocalı seçicilərinin yeganə seçimi qalib Liderdir

2024-cü fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Qaradağ rayonu, Qobu Park -2 ərazisində məskunlaşmış Xocalı rayonundan olan seçicilərlə görüş  keçirilib.

Görüşdə YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev, təşviqat qrupunun üzvü Aqil Məmmədov çıxış ediblər. Bildirilib ki, ötən 20 ildə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev ölkəmizdə hər tərəfli dinamik inkişafı təmin edərək qüdrətli ordu formalaşdırdı və xalqımıza Zəfər sevincini bəxş etdi.

Natiqlər həmişə olduğu kimi, bu dəfə də xalqımızın düzgün seçim edərək, dövlətimizin təhlükəsizliyinin qarantı cənab İlham Əliyevə səs verəcəyinə əmin olduqlarını bildiriblər.

Seçicilər də ölkəmizin inkişafının davamlı olması naminə 7 fevral prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.