YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayonunda seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Nizami rayonunda seçicilər ilə növbəti görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra partiyanın prezident seçkilərində namizədi cənab İlham Əliyevin 20 illik fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Daha sonra YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Mərkəzi təşviqat qrupunun üzvü Əli Əmirli, təşviqat qrupunun üzvü Ramiz Əhmədov və başqaları çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin Ali Baş Komandan kimi Silahlı Qüvvələrin inkişafına verdiyi töhfə həm Vətən müharibəsində, həm də antiterror tədbirlərində öz uğurlu nəticəsini verib. Bu gün Azərbaycan ərazisi işğalçılardan, separatçılardan təmizlənib.

Natiqlər tariximizə qızıl hərflərlə yazılacaq şanlı Zəfəri bizə yaşadan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin alternativsiz namizəd olduğunu deyib, rayon sakinlərini prezident seçkilərində qalib Liderə səs verməyə çağırıblar.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, həmin gün təşviqat qrupunun üzvləri seçicilərlə fərdi görüşlər keçirib, şəhid ailələrini və qaziləri ziyarət ediblər.