YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabitliyin, inkişafın qarantı qalib Lider

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də Ağdaş rayonunun Şıxlı və Şəmsabad kəndlərində seçicilərlə görüşlər keçirilib.

Görüşlərdə YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov, təşviqat qrupunun üzvləri Anar Şahmuradov, Rüfət Məmmədov, Qalib Həsənov və Murad Səfərəliyev çıxış ediblər.

Çıxışlarda qeyd edilib ki, Prezident İlham Əliyevin son 20 ildə həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində dayanıqlı inkişaf təmin edilib, Azərbaycanın beynəlxalq nüfuzu yüksəlib. Ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası görülən işlərin zirvə nöqtəsidir.

Bildirilib ki, 7 fevralda keçiriləcək prezident seçkiləri müstəqil Azərbaycan dövlətinin həyatında yeni mərhələnin başlanğıcı olacaq: “Yeni hədəfləri yalnız cənab İlham Əliyevin rəhbərliyi ilə reallaşdırmaq mümkündür”. 

Təşviqat qrupunun üzvləri seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və hər bir azərbaycanlıya qələbə sevincini bəxş etmiş Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.