YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnkişafa səs verək!

Zaqatala rayonunda seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Zaqatala rayonunun Muxax kəndində seçicilərlə və şəhid ailələrinin üzvləri, müharibə veteranları ilə  görüşlər keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Zaqatala rayon təşkilatının sədr müavini Fərid Ramazanov, partiyanın Veteranlar Şurasının üzvü Tahir Məmmədov, təşviqat qrupunun üzvləri İbrahim İbrahimov və Ədalət Qurbanova çıxış ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət kursu, qazanılan tarixi Zəfər, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının yaratdığı yeni reallıqlar barədə danışıblar.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.