YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Füzuli rayonunda növbəti görüş

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Füzuli rayonunun Horadiz şəhərində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Görüşdə YAP Füzuli rayon təşkilatının sədr müavini Aydın Rəşidli, təşviqat qrupunun üzvü Elman Rzayev və şəhid anası Tamella Məmmədova çıxış ediblər. Çıxışlarda Prezident İlham Əliyevin 20 illik fəaliyyəti dövründə ölkəmizin qazandığı uğurlardan bəhs edilib.

Təşviqat qrupunun üzvləri seçiciləri president seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər isə fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Görüş Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə sona çatıb.