YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdə rayonunda növbəti görüş...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Bərdə rayonunun Mirzəcəfərli, Qarağacı, Mollagüllər, Şirvanlı, Hüseynbəyli, Xanxanımlı kəndinin seçiciləri ilə görüş keçirilib.

Görüşlərin hər biri Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya, təbliğat qrupunun üzvləri - şəhid Fəxri Qəribzadənin anası Mehparə Qəribova, Tərlan Musayeva, Aqşin Hacızadə, Birinci Qarabağ müharibəsi veteranı Gəray Əsədov və qazi İslam Əzimov çıxış ediblər. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər də fevralın 7-də seçki məntəqələrinə gedərək xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər. 

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.

Sonra təşviqat qrupunun üzvləri fərdi görüşlər keçiriblər.