YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Növbəti tarixi hadisə...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Beyləqan rayonunun Birinci Aşıqlı, İkinci Aşıqlı kəndində, Mil qəsəbəsində və Beyləqan şəhəri Nəriman Nərimanov küçəsində yaşayan seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, təşviqat qrupunun üzvləri Bakir Həsənov, Gültəkin Məmmədova, Sənan Kərimov, Səxavət Məmmədov, Elvin Məmmədov, Niyaməddin Əsgərov, şəhid bacısı Ruhəngiz Həsənova, qazilər Novruz Novruzlu, Zaur Fərmanzadə və başqaları çıxış ediblər. Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Diqqətə çatdırılıb ki,  Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf konsepsiyaları Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Azərbaycan Respublikası son 20 ildə möhtəşəm uğurlara imza atıb. Təbii ki, bu uğurların zirvəsində işğal altındakı torpaqlarımı­zın azad olunması, ərazi bütövlü­yümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır.

Natiqlər seçiciləri 7 fevralda məntəqələrə gedərək Azərbaycana tarixi Zəfər bəxş etmiş qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.