YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalq qələbənin müəllifinə səs verəcək

2024-cü il fevralın ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Biləsuvar rayonunda şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları ilə görüş keçirilib.

Görüşdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, şəhid anası Ayna Tağıyeva, şəhid ataları Ağaqulu Tağıyev, Rafət İsayev, Zakir Xosiyev, təşviqat qrupunun üzvləri Akif Kazımov, Rəfiqə Cəfərova və Nailə Mehdiyeva çıxış ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda cənab İlham Əliyevin müasir Azərbaycanın inkişafı naminə gördüyü işlərdən, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərlə torpaqlarımızın işğaldan azad olunmasından, antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunmasından və digər əldə olunmuş nailiyyətlərdən geniş bəhs olunub. Qeyd olunub ki, müharibədən sonra aparılan məqsədyönlü siyasət, işğaldan azad edilmiş torpaqlarda görülən quruculuq işləri, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı qürurverici hadisə kimi Azərbaycanın tarixi səlnaməsində qızıl hərflərlə əbədi yazılacaq. 

Öz növbəsində çıxış edən seçicilər seçkilərdə fəal iştirak edərək qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, Xırmandalı kəndində şəhid ailələri ziyarət olunub, eləcə də “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq fərdi görüşlər də keçirilib.