YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

XXI əsrin lideri!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Göyçay rayonunun Çaxırlı və Qarabaqqal kəndlərində yaşayan  seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, şəhid atası Akif Kərimov, təşviqat qrupunun üzvləri  Eldəniz Məmmədov, Pərviz Yəhyalı, Coşğun İsmayılıov çıxış ediblər. Qeyd edilib ki, Prezident İlham Əliyevin 20 illik fəaliyyəti dövründə Azərbaycan siyasi, iqtisadi, sosial və digər sahələrdə böyük inkişaf yolu keçib, mühüm nailiyyətlər əldə edib.

Bildirilib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması görülən işlərin məntiqi nəticəsidir.

Öz növbəsində çıxış edən kənd sakinləri 7 fevral prezident seçkilərində məntəqələrə gedərək, XXI əsrin  lideri İlham Əliyevə səs verəcəklərini bildiriblər.