YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Güc birlikdədir!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Goranboy rayonunun Yeniyol və Əlirzalı kəndlərində yaşayan seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, təşviqat qrupunun üzvləri Cavid Mustafayev, İsgəndər Səklikov, İbrahim Həsənov, Rəddin Məmmədov, Sayad Quliyev, Sakit Məmmədov və Gündüz Hacıyev çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, son 20 ildə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev ölkəmizdə hərtərəfli dinamik inkişafı təmin edərək müasir ordu formalaşdırıb və xalqımıza Zəfər sevinci bəxş edib.

Natiqlər seçiciləri dövlətimizin daha da güclənməsi naminə cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Görüş Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində rayonun müxtəlif ərazilərində seçicilərlə fərdi görüşlər də keçirilib.