YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İmişli seçiciləri əmindir!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də İmişli rayonunun Bəcirəvan, Qaravəlili və Mirili kənd seçiciləri ilə görüşlər keçirilib.

Görüşdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, təşviqat qrupunun üzvləri Saleh Səmədov, Səlim Məhərrəmov və Cəlil Əliyev çıxış ediblər. Natiqlər əminliklə qeyd ediblər ki, ilk dəfə bütöv Azərbaycan ərazilərini əhatə edəcək Zəfər seçkilərinin qalibi cənab İlham Əliyev olacaq.

Həmçinin, gün ərzində YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev İmişli şəhəri ərazisində “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq fərdi görüşlər keçirib.