YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Liderə səs verək!

Neftçala rayonunda seçkiqabağı təşviqat kampaniyası uğurla davam edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Neftçala rayonunun Xolqaraqaşlı və Qırmızıkənd kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, təşviqat qrupunun üzvləri Ruhəngiz Nəcəfova, Arif Bağırov, Gülqədəm Mirzəzadə və şəhid atası Baloğlan Ağamalıyev çıxış ediblər. Natiqlər tarixi qələbədən sonra ölkəmizdə və regionda yaranan yeni reallıqlara diqqət çəkiblər. Bu reallıqlardan biri də məhz seçkilərin bütün ölkə ərazisində keçirilməsidir. Vurğulanıb ki, prezident seçkiləri Azərbaycan üçün yeni inkişaf perspektivlərini və hədəfləri müəyyən edəcək.

Seçicilər isə 7 fevralda  seçki məntəqələrinə gedərək qalib xalqın qalib Liderinə səs verəcəklərini ifadə ediblər.

Qeyd edək ki, Neftçala şəhərininin “Nizami” küçəsində və “VI məhəllə”də seçicilərlə fərdi görüşlər keçirilib.