YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qələbə sevinci bəxş etmiş Lideri dəstəkləyirik!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Yeni Günəşli “V” yaşayış sahəsində və Qaraçuxur qəsəbəsinin Y.Əliyev”, “Məktəbli”, “T.Şirinov”, “C.Qurbanov” küçələrində müxtəlif ünvanlarda yaşayan sakinlərlə görüş keçirilib.

Görüşlərdə iştirak edən YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, şəhid anası Nüsrət Həmidova və təşviqat qrupunun üzvləri seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və hər bir azərbaycanlıya qələbə sevincini bəxş etmiş Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.