YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnkişafı, sabitliyi, tərəqqini təmin edən Lider

Sabirabad rayonunda təşviqat kampaniyası davam edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Sabirabad rayonunun Əliləmbəyli və Çöl-Ağammədli kənd seçiciləri ilə görüş keçirilib.

Görüşdə YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, təşviqat qrupunun üzvləri Telman Qurbanov, Ərzuman Babaşov və Faiq Hüseynov çıxış ediblər. Çıxış edənlər təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyevin inamla davam etdirdiyi sosial-iqtisadi inkişaf strategiyasının ölkəmizdə taleyüklü məsələlərin həllini mümkün etməsinə diqqət çəkiblər. Natiqlər cənab İlham Əliyevin 20 illik prezidentliyi dövründə bütün sferalarda aparılan çevik islahatlardan, qəbul olunan dövlət proqramlarının önəmindən də ətraflı bəhs ediblər.

Təşviqat qrupunun üzvləri seçiciləri 7 fevral prezident seçkilərində qalib xalqın Qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər də öz növbəsində YAP-ın namizədi İlham Əliyevin alternativinin olmadığını, daha layiqli gələcək üçün məhz qalib Liderə səs verəcəklərini bəyan ediblər.

Qeyd edək ki, Sabirabad şəhəri “M.Füzuli” və “Q.Namazəliyev” küçəsinin seçiciləri ilə də fərdi görüşlər keçirilib.