YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gənclərin seçimi dəyişməzdir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də YAP Siyəzən rayon təşkilatının qərargahında gənclər, o cümlədən idmançılarla görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Siyəzən rayon təşkilatının sədr müavini Ramilə Seyidova, təşviqat qrupunun üzvləri Ağadədə Allahverdiyev, Cavanşir Ağayev, Elman Abdullayev, Şirin Cavadzadə, İlkin İlyasov çıxış ediblər.

Çıxışlarda ölkədə hazırda gənclərə ən yüksək diqqət və qayğı göstərildiyi, uğurlu gənclər siyasətinin həyata keçirildiyi qeyd olunub. Bildirilib ki, gənclər siyasətinin cənab İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun olaraq davam etdirilməsi gənclərin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradıb.

Natiqlər onu da qeyd ediblər ki, Azərbaycan idmanı özünün yüksəliş dövrünü yaşayır. Ölkə Prezidentinin böyük diqqət və qayğısı idmançılarımızı yeni-yeni qələbələrə ruhlandırır.

Təşviqat qrupunun üzvləri seçiciləri prezident seçkilərində fəal iştirak etməyə, tərəqqiyə və parlaq gələcəyə səs verməyə dəvət ediblər.

Seçicilər isə fevralın 7-də seçki məntəqələrinə gedərək xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.