YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samuxda seçicilər ilə görüşlər davam edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Samux rayonunun Lək və Sarıqaya kənd seçiciləri ilə görüş keçirilib.

Görüşdə Azərbaycanın Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpa olunması uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, təşviqat qrupunun üzvləri Mehman Əliyev, Ələsgər Əliyev, Məhəbbət Həsənova, Azər Əhmədov və Maviyyə Həsənova çıxış ediblər.

Çıxışlarda bildirilib ki, 44 günlük Vətən müharibəsində və antiterror tədbirlərində qazanılan tarixi Qələbə, işğaldan azad edilmiş torpaqlarda aparılan bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı Azərbaycanın tarixi salnaməsinə qızıl hərflərlə yazılıb.

Natiqlər seçiciləri fevralın 7-də keçiriləcək prezident seçkilərində fəallıq göstərməyə, qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar. 

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.