YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yardımlı şəhərində seçicilər ilə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Yardımlı şəhərində seçicilər ilə görüş keçirilib.

Görüşdə YAP Yardımlı rayon təşkilatının sədr müavini Maqsud Şabiyev, təşviqat qrupunun üzvləri Şaiq Zaidli və Balamir Adiyev çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illər ərzində bütün sahələr inkişaf edib, əhalinin rifah halı daha da yaxşılaşıb və xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib. Natiqlər seçiciləri bu uğurların davamına - cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər də öz növbəsində əminliklə bildiriblər ki, Azərbaycan xalqı görülən işləri, əldə olunan nailiyyətləri hər zaman dəyərləndirir və öz seçimini məhz buna əsaslanaraq edəcəklər.