YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqı qalib edən Lider

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Şirvan şəhər Hacıqəhrəmanlı qəsəbəsində yaşayan seçicilərlə görüş keçirilib.

Görüşdə çıxış edən təşviqat qrupunun üzvləri Amil İsrayılov, Akif Saqiyev, Nəriman Şahbazov “Zəfər” seçkisi kimi tarixə düşəcək 7 fevral prezident seçkilərinin ərazi bütövlüyümüz və suverenliyimizin tam təmin olunmasının daha bir göstəricisi olduğunu deyiblər. Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və xalqımızı qalib xalq, dövlətimizi qalib dövlət edən Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.