YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Qalib Sərkərdə!”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Şərur rayonunun Havuş kəndində seçicilərlə görüş keçirilib.

Görüşdə təşviqat qrupunun üzvləri Mehman Əliyev, Mehman Həsənov, Valeh Musayev, Hafiz Həsənov çıxış ediblər. Qeyd olunub ki, “Zəfər” seçkisi kimi tarixə düşəcək 7 fevral prezident seçkiləri ərazi bütövlüyümüz və suverenliyimizin tam təmin olunmasının daha bir göstəricisidir. Müstəqillik dövründə ilk dəfə olaraq bütün ölkə ərazisində seçkilərin keçirilməsi bu reallığı təsdiqləyir.

Natiqlər 7 fevral prezident seçkilərində seçiciləri bayram abu-havası ilə iştirak etməyə və qalib Lider İlham Əliyevə səs verməyə dəvət ediblər.