YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəki rayonunda seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Şəki rayonunun Şorsu,  Cumakənd Qudula kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Şəki  rayon təşkilatının sədr müavini Ziya Vəliyev, təşviqat qrupunun üzvləri Kamil Məmmədov, Ağa Ağayev, Vaqif Süleymanov, Möhübbət Saadov çıxış ediblər.

Natiqlər seçiciləri 7 fevral seçkilərində ən layiqli namizəd İlham Əliyevə səs verməyə çağırıblar.