YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şamaxı rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində ynavarın 31-də Şamaxı rayonunun Avaxıl, Quşçu, I Çaylı və Laləzar kənd seçiciləri ilə görüş keçirilib.

Görüşlərdə YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, sədr müavini Altay Məmmədov, təşviqat qrupunun üzvləri Tünzalə Yusifova, Abı Həsənov, Ağarza Bayramov, Hacıbaba Şıxıyev, Fuad Səmiyev, Emil Bədəlov, Könül Məmmədova, Əli Mahmudov, Rauf Qədirov, Namiq Cəlilov və şəhid valideynləri Cavanşir Zülfüqarov, Əfqan Bəkirov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, ölkədə həyata keçirilən mükəmməl islahatlar konsepsiyasının müəllifi kimi, cənab Prezident İlham Əliyev iqtisadi inkişafın Azərbaycan modelini yaradıb. Ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin getdikcə artması və yoxsulluğun əhəmiyyətli dərəcədə azaldılması dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir.

Təşviqat qrupunun üzvləri əminliklə ifadə ediblər ki, Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru və müdrik seçim edəcək, ölkəmizi qələbədən-qələbəyə aparan cənab İlham Əliyevə səs verəcək.