YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zaqatalada seçicilərlə görüş davam edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-da Zaqatala rayonunun Qandax və Faldarlı kəndlərində seçicilər ilə görüşlər keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Zaqatala rayon təşkilatının sədr müavini Fərid Ramazanov, partiyanın Veteranlar Şurasının üzvü Tahir Məmmədov, təşviqat qrupunun üzvləri Bəhruz Bayramov və Çingiz Əliyev çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasət hər bir vətəndaş tərəfindən dəstəklənir.

Diqqətə çatdırılıb ki, hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin siyasi-iqtisadi və hərbi qüdrətinin, bütövlükdə milli gücünün artmasını təmin edib.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.