YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Davamlı inkişaf naminə

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Qaradağ rayonu, “Qobu Park” yaşayış kompleksində məskunlaşmış zəngilanlı seçicilərlə növbəti görüş baş tutub.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Prezident İlham Əliyevin fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Görüşdə çıxış edən YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, təbliğat qrupunun üzvü Sima Məmmədova “Zəfər seçkisi” ilə gələcək inkişaf baxımından strateji bir mərhələnin başlandığını deyib, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bu dövrdə də yeni uğurlara imza atacağına əminliklərini ifadə ediblər.

Zəngilanlı seçicilər də çıxışlarında ölkəmizin davamlı inkişafı naminə YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.