YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanı nurlu sabahlara aparan Liderə səs verək!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Füzuli rayonunun seçiciləri ilə görüş keçirilib.

Görüşdə YAP Füzuli rayon təşkilatının sədr müavini Aydın Rəşidli, təşviqat qrupunun üzvü Rəfael Zülfiqarov və Tərlan Süleymanov çıxış ediblər. Çıxışlarda qeyd edilib ki, fevral ayının 7-nə təyin olunan prezident seçkilərində  iştirak edəcək xalqımız ölkəmizi gələcəyə inamla aparan siyasətə səs verəcək. Xalq cənab İlham Əliyevi Prezident seçməklə birlik və həmrəyliyinin sarsılmazlığını bütün dünyaya bəyan edəcək.

Seçicilər seçki kampaniyasında fəal iştirak edəcəklərini, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.