YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdə rayonunda seçicilərlə növbəti görüş...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Bərdə rayonunun Kafarlı, Həsənli, Nazırlı və Qaratəpə kənd seçiciləri ilə görüş keçirilib.

Görüşlərin hər biri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya, təbliğat qrupunun üzvləri - şəhid Fəxri Qəribzadənin anası Mehparə Qəribova,  “Azərbaycan Bayrağı” ordenli şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova, Elməddin Əsgərxanov, Tərlan Musayeva, Aqşin Hacızadə, Birinci Qarabağ müharibəsi iştirakçısı Gəray Əsədov və başqaları çıxış ediblər.

Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.

Görüşlər Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.

Sonra təbliğat qrupunun üzvləri seçicilərlə fərdi görüşlər keçiriblər.