YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeganə seçim qalib Liderdir!

Tərtər rayonunun Qaraağacı, Qapanlı və İsmayılbəyli kəndindən olan  seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində  yanvarın 31-də  Tərtər rayonunun Qaraağacı, Qapanlı və İsmayılbəyli kəndindən olan  seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Milli Məclisin deputatı Ağalar Vəliyev, təşviqat qrupunun üzvləri  Şəmsəddin Əliyev, Oqtay Sarıkişiyev, Fitat Əliyeva, Hafis Ələkbərov və digərləri çıxış ediblər. Çıxış edənlər bildiriblər ki, qalib Lider İlham Əliyev Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanı inkişaf etdirərək tariximizin Zəfər səhifəsini yazıb.

Natiqlər seçiciləri prezident seçkilərində Azərbaycanın müstəqilliyinin və inkişafının təminatçısı olan cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər də xalqımızın daha parlaq gələcəyi naminə Zəfər seçkisində qalib Lider İlham Əliyevə səs verəcəklərini qeyd ediblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.